Qanunsuz işləyən 5 sex aşkarlandı, 56 nəfər cərimələndi - FOTOLAR+ VİDEO

 Qanunsuz işləyən 5 sex aşkarlandı, 56 nəfər cərimələndi -  FOTOLAR+ VİDEO
  04 İyul 2020    Oxunub:6466
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polislər tərəfindən həmin sexlərə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarınnı pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.

Qanun pozuntusuna yol verəm şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər. Qeyd edək ki. sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.








Azvision.az


Teqlər: DİN   Karantin  





Xəbər lenti