Bakıda yük maşını piyadanı vurub öldürdü

Bakıda yük maşını piyadanı vurub öldürdü
  04 İyul 2020    Oxunub:2854
Nərimanov rayonu Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə iyulun 4-də gecə saat 1 radələrində qeydə alınıb.

Quba rayon sakini Z.Abbasov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti