İcazələrin bir hissəsi ləğv edildi

  05 İyul 2020    Oxunub : 7841
 İcazələrin bir hissəsi ləğv edildi
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş̧ sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a bildirilib ki, öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi icaze.e-gov.az sistemi vasitəsilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib. Belə ki, Nazirlər Kabinetinin müvafiq Qərarında fəaliyyətinə icazə verilən sahələr arasında olmayan və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş̧ qurumların icazəsi ləğv edilib. Həmin qurumlar həmçinin sistemə yeni icazə daxil edə bilməzlər.

Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş̧ olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimlənməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla əlaqədar hüquqi və fiziki şəxslər iqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

Azvision.az

Teqlər: ASAN-Xidmət