Boya fabrikindəki yanğın havanı çirkləndirib

  06 İyul 2020    Oxunub : 1913
Boya fabrikindəki yanğın havanı çirkləndirib
4 iyul 2020-ci il tarixində Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı yaxın ərazilərdə havaya qatı tüstü yayılıb.
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Aparılan analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol verilən qatılıq həddini keçib.

Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: ETSN   Yanğın