İran XİN-in mətbuat katibi Azərbaycana səfir təyin olundu - EKSKLÜZİV

  İran XİN-in mətbuat katibi Azərbaycana səfir təyin olundu -   EKSKLÜZİV
  06 İyul 2020    Oxunub:7097
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi Azərbaycana səfir təyin olunub.
Azvision.az -ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, İranın ölkəmizə yeni təyin olunmuş səfiri iki aydan sonra Bakıya gələrək fəaliyyətə başlayacaq.

İran İslam Respublikasının Azərbaycandakı hazırkı səfiri Cavad Cahangirzadənin diplomatik missiyası başa çatır. O, gələn ay ölkəsinə geri qayıdacaq.

Qeyd edək ki, Seyid Abbas Musəvi 2019-cu ilin aprel ayında İran XİN-in mətbuat katibi təyin olunub. Daha öncə XİN-in birinci katibi, Honkonqda baş konsul və İranın Niderlanddakı iqtisadi attaşesi vəzifələrində çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Səfir  





Xəbər lenti