Rayonlarda su problemi: “Azərsu” nə deyir?
Azvision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, içməli su ehtiyatlarının azalması gələcəkdə də davam edəcək:
A.Cəbrayıllı bildirib ki, Kür çayında suyun azalması təkcə Neftçalada deyil, eyni zamanda Bakının su təchizatına da mənfi təsir göstərib.
"Kür su təmizləyici qurğularında çaydan suyu götürüb emala yönəldən üzən nasos stansiyalarımız var. Su elə səviyyəyə düşmüşdü ki, onlar lilə oturmuşdu və çaydan lazım olan suyu götürə bilmirdik. Nəticədə iyunun birinci yarısında Bakının şərq hissələrində su çatışmazlığı hiss etdik. Həmçinin Neftçala şəhərində və 20-yə yaxın kənddə su problemi yaranıb. Bu gün oraya 18 su maşını ilə su daşınır. Qrafiklə insanlar su ilə təmin olunur. Lakin Kür çayının suyundan az da olsa onlara veririk ki, təsərrüfatda, məişətdə istifadə etsinlər. Bundan içmək üçün istifadə olunmur".
Qurum rəsmisi qeyd edib ki, bəzi su kanallarında su olmadığı üçün Saatlı, Sabirabad, Biləsuvarda 20-dən çox modul tipli su təmizləyici qurğular işləmir.
"Maşınlarla içməli su daşınıb, ehtiyat çənlərə boşaldılıb, insanları su ilə təmin edirik. Əsas problem Kür çayının aşağı axın hissələrində müşahidə edilir".
Aytən Zəhra
Azvision.az
Teqlər: Azərsu