Əhalidən yığılan su pulunun hara xərcləndiyi açıqlandı

  07 İyul 2020    Oxunub : 2914
 Əhalidən yığılan su pulunun hara xərcləndiyi açıqlandı
Su layihələrinə qoyulan investisiyalar hamısı sosial layihələrdir. İstər büdcədən ayrılan vəsaitlər, istərsə də beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditləri dövlət qarşılayır. Bu sektora yatırılan investisiyaların heç biri suyun qiymətində öz əksini tapmır.
Azvision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, bu gün yığılan su pulu vəsaitləri "Azərsu" ASC-nin əmək haqqı, elektrik enerjisi, vergi və DSMF-yə ödənişləri, mal və materialların alınması, kimyəvi maddələrin alınmasına yönəldilib.

"Bizə dövlət büdcəsindən hər il subsidiya ayrılır. Bu gün Azərbaycanda su sosial layihədir. Kifayət qədər əlçatandır və bu da Prezident İlham Əliyevin Azərbaycan vətəndaşına verdiyi diqqət və qayğının bariz nümunəsidir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Azərsu