“Zirvə”də karantin rejimi pozuldu - FOTO

“Zirvə”də karantin rejimi pozuldu -  FOTO
  07 İyul 2020    Oxunub:3829
Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub.



Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətiriliblər.



Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar.





Azvision.az


Teqlər: DİN  





Xəbər lenti