Hərbçiyə hörmətsizlik edən şəxs həbs olundu

  07 İyul 2020    Oxunub : 2828
Hərbçiyə hörmətsizlik edən şəxs həbs olundu
Bakıda hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən şəxs həbs edilib.
Azvision.az xəbər verir ki, onun əməlləri ilə bağlı toplanan materiallar baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Orucəli Zərbəliyev 30 sutka inzibati həbs cəzası alıb.

Faktı Bakı şəhər Baş Polis İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirib və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayıb. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Azvision.az

Teqlər: Hərbçi