Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü
  08 İyul 2020    Oxunub:12721
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 542 yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 8542 nəfərdir.

Ötən müddət ərzində 537 min 230 test aparılıb. Bugünkü test sayı isə 7355-dir.

Azvision.az


Teqlər: Koronavirus   Operativ-Qərargah  





Xəbər lenti