Qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır

Qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır
  08 İyul 2020    Oxunub:2333
Cəbhəboyu zonada yerləşən hərbi birliklərin müxtəlif poliqonları və təlim mərkəzlərində keçirilən təlimlər yekunlaşıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimlər çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyət və zirehli texnika əməliyyat təyinatı rayonlarından daimi dislokasiya məntəqələrinə qaytarılır.

Qeyd edək ki, döyüş hazırlığı planına uyğun olaraq son günlər müxtəlif istiqamətlərdə aidiyyəti hərbi hissələrin cəlb olunması ilə gecə və gündüz vaxtı intensiv təlim və məşqlər keçirilib.

Müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə mütəmadi bu cür hərbi təlim və məşqlərin keçirilməsi planlaşdırılır.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təlim   Qoşun  





Xəbər lenti