Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı

   Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
  09 İyul 2020    Oxunub:3706
Sumqayıt Şəhər Polis İdarəsi və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsini saxlayıblar.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.

Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir. Şəxs Polisin nəzarətinə götürülüb.

Azvision.az



Teqlər: Sumqayıt   Koronavirus   Xəstə   DİN   Cinayət  





Xəbər lenti