Həyat yoldaşı: “Bəhramla hələ danışa bilməmişik”

  09 İyul 2020    Oxunub : 2363
 Həyat yoldaşı:  “Bəhramla hələ danışa bilməmişik”
Bəhram Bağırzadənin vəziyyəti stabildir, hələ də reanimasiyadadır.

Bunu Azvision.az -a açıqlamasında Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə deyib. Onun sözlərinə görə, B.Bağırzadə hazırda aparatlara qoşulu vəziyyətdədir.
"Xəstəxana çarpayısının arxası qaldırılıb otuzdurulur. Əvvəlki dövrlərlə müqayisədə vəziyyəti yaxşıdır. Onunla hələ danışa bilməmişik. Vəziyyəti barədə ancaq həkimlərdən məlumat alırıq".

Xatırladaq ki, Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Bəhram-Bağırzadə   Koronavirus