Ağsuda taxıl sahəsi yanır

Ağsuda taxıl sahəsi yanır
  09 İyul 2020    Oxunub:3245
Ağsu rayonunun Nüydü kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğının yaxınlıqdakı əkin sahələrinə və meşə zolağına keçmə təhlükəsi yaranıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Ağsu   Yanğın  





Xəbər lenti