595 avtomobil postlardan geri qaytarıldı

   595 avtomobil postlardan geri qaytarıldı
  10 İyul 2020    Oxunub:2465
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son bir gün ərzində karantin postlarından geri qaytarılan avtomobillərin sayını açıqlayıb.
İdarədən Azvision.az -a verilən məlumata görə, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 170, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 95, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 175-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb.

Ümumilikdə 595 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: Avtomobil   Karantin   Post  





Xəbər lenti