“Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir” - Direktor
Onun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı lazımi tədbirlər həyata keçirilir.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Azvision.az
Teqlər: Həkim Koronavirus