“Kapital Bank”ın dəstəyi ilə əlillərə və şəhid ailələrinə evlər təqdim edilib
Təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və “Kapital Bank”ın Filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru Tural Ayvazlı iştirak edib. Şirvan rayonu, Nəriman Nərimanov küçəsi 4 ünvanında yerləşən, dördmərtəbəli, 3 bloklu binada 68 ədəd mənzil, sahiblərinə təqdim edilib.
Qeyd edək ki, mənzillər təmirli olmaqla, yerləşdiyi ərazidə idman və uşaq meydançası yaradılıb. Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 6-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları isə üçotaqlıdır. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az
Teqlər: Kapital-Bank