TƏBİB rəsmisi: “İnsanlar artıq qaydalara əməl edir”

   TƏBİB rəsmisi:   “İnsanlar artıq qaydalara əməl edir”
  10 İyul 2020    Oxunub:4572
Yeni yoluxanların sayı ilə sağalanların sayı arasında nisbət azalır. Biz ciddi karantin rejimi ilə yeni yoluxanların sayında stabilləşmənin olduğunu müşahidə edirik.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu, insanların qaydalara əməl etməsi nəticəsində mümkün olub: "İnsanlar artıq qaydalara əməl edir. Buna görə hər kəsə təşəkkür edirik.Təəssüf ki, xəstəliyin profilaktikası və dərmanı olmadığı üçün karantin mübarizədə ən yaxşı vasitədir".

Y.Qarayeva bildirib ki, son günlər xarici ölkələrdən həkim qrupları gəlir: "Biz onlarla müzakirə aparırıq. Protokollar müzakirə olunur, təcrübə mübadiləsi aparılır".

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Yaqut-Qarayeva  





Xəbər lenti