Kubadan Azərbaycana həkimlər gələcək

  10 İyul 2020    Oxunub : 3339
   Kubadan Azərbaycana həkimlər gələcək
Həkimlərimiz intensiv fəaliyyət göstərir. Onlar arasında da yoluxanlar var. Belə şəraitdə dost ölkələrdən gələn həkimlərlə təcrübə mübadiləsi aparılacaq.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu günə qədər həyata keçirilən tədbirlər çox yüksək qiymətləndirilir.

"Azərbaycanda hazırda yoluxma sayı əvvəlki dövrlə müqayisədə yüksəkdir və bizdə də azalma olduqda həkimlər digər ölkələrə təcrübə müdaləsində yardımçı olacaq. Kubadan yaxın günlərdə həkimlər gələcək. Kuba tibbi sahədə, xüsusilə Ebola virusu ilə mübarizədə yüksək təcrübəyə malikdir. Kuba dünya miqyasında çox zəngin tibbi təcrübəsi olan ölkədir".

H.Hacıyev bildirib ki, artıq digər ölkələrdə də yumşaldılmadan sonra yenidən karantin rejiminə qayıdılır.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qərargah   Konfrans