Hərbçimiz Əfqanıstanda koronavirusa yoluxdu

Hərbçimiz Əfqanıstanda koronavirusa yoluxdu
  10 İyul 2020    Oxunub:5249
Azərbaycanın Əfqanıstanda olan sülhməramlılarından bir nəfərdə koronavirusa yoluxma halı müəyyən edilib və dərhal karantinə alınıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

PA-nın şöbə müdiri qeyd edib ki, həmin şəxsin Azərbaycana gətirilməsi təmin olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Hərbçi   Əfqanıstan   Koronavirus  





Xəbər lenti