Ayasofyanın məscidə çevrilməsi ilə bağlı qərar verildi

 Ayasofyanın məscidə çevrilməsi ilə bağlı qərar verildi
  10 İyul 2020    Oxunub:4008
Türkiyə Ali İnzibati Məhkəməsi İstanbuldakı Ayasofya məbədinin məscidə çevrilməsi ilə bağlı qərar qəbul edib.
Azvision.az “CNN Türk”ə istinadən xəbər verir ki, ölkənin dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəməsi Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.

Prezident Rəcəb Tayyib Ərdoğan “Twitter” paylaşımında qərarı təsdiqləyərək "xeyirli olsun” yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: PrezidentRəcəbTayyibƏrdoğan  





Xəbər lenti