COVID məntəqələrinə gündə yüzlərlə müraciət daxil olur

   COVID məntəqələrinə gündə yüzlərlə müraciət daxil olur
  10 İyul 2020    Oxunub:3403
Bakıda yaradılan COVID məntəqələrinə gün ərzində 700-800 müraciət daxil olur.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, Bakıda 89 poliklinika əsasında 39 COVID məntəqəsi yaradılıb:

“Bu məntəqələrə gün ərzində 700-800 müraciət edilir. Əvvəl çağırışların əksəriyyəti təcili yardımın üzərinə düşürdü, indi isə bu yük bir qədər azaldılıb. Düşünürəm ki, müəyyən müddətdən sonra təcili yardımla bağlı çağırışlarda gecikmələrlə üzləməyəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: COVİD   Məntəqə   Müraciət  





Xəbər lenti