Xaricdə oxuyan tələbələr Azərbaycana gətiriləcək

  10 İyul 2020    Oxunub : 3366
   Xaricdə oxuyan tələbələr Azərbaycana gətiriləcək
Sərhədlər bağlı olduğu şəraitdə uçuşların həyata keçirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilə bilər. Lakin xaricdə hansısa zərurətdən qalan vətəndaşlar var ki, onların ölkəyə gəlməsi lazımdır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərin gətirilməsi üçün xüsusi reyslərin həyata keçirilməsi lazımdır.

"Reyslər məhdud çərçivədə, xüsusi gigiyenik tələblərə riayət edilməklə həyata keçirilir. Xüsusən Azərbaycanın xaricdə oxuyan tələbələri var ki, onlar vətənə geri qayıtmalıdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Tələbə