“Orduda koronavirusa yoluxma yoxdur” - Prezidentin köməkçisi

  “Orduda koronavirusa yoluxma yoxdur” -    Prezidentin köməkçisi
  10 İyul 2020    Oxunub:4831
Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, orduda vəziyyət nəzarət altındadır: "Bu gün Müdafiə naziri, general polkovnik Zakir Həsənovla danışmışam. Nazir bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Hərbi hissələrin tibb xidmətləri hərbçilər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur".

Azvision.az


Teqlər: Ordu   Koronavirus  





Xəbər lenti