Bakıda sahibkar və 22 nəfər cərimələndi

  10 İyul 2020    Oxunub : 2663
Bakıda sahibkar və 22 nəfər cərimələndi
Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun 2 nömrəli Sovxozun ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl noxur“ adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib.

Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərin icazəsinin olması müəyyən edilsə də, digər 23 nəfərin 1 otaqlı tiklidə sosila məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.

22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Azvision.az

Teqlər: DİN   Polis