Bu il 62 nəfər dəm qazından zəhərlənib - 14-ü uşaqdır

  Bu il 62 nəfər dəm qazından zəhərlənib -    14-ü uşaqdır
  11 İyul 2020    Oxunub:3821
Bu ilin birinci yarısında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olan müraciətlərin sayı məlum olub.
Şöbənin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov Azvision.az -a açıqlamasında bildirib ki, 2020-ci ilin 6 ayında 62 nəfər dəm qazı zəhərlənməsi ilə müraciət edib.

"Onlardan 14 nəfəri uşaq olub. Ölüm halı baş verməyib. Bundan əlavə, 21 nəfər sirkə turşusu zəhərlənməsi ilə gəlib ki, onlardan 4-ü uşaq olub. Sirkə turşusu ilə müraciət edənlərdən 1-i dünyasını dəyişib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dəm-qazı  





Xəbər lenti