AZAL 83 nəfəri Ər-Riyaddan Bakıya gətirdi - FOTO

 AZAL 83 nəfəri Ər-Riyaddan Bakıya gətirdi -    FOTO
  11 İyul 2020    Oxunub:4757
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 Azərbaycan vətəndaşlarını ölkəyə çatdırıb.
AZAL-dan Azvision.az -a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.







Azvision.az


Teqlər: AZAL   Ər-Riyad  





Xəbər lenti