“Hər bir şəhərdə “ASAN xidmət” olacaq”

“Hər bir şəhərdə “ASAN xidmət” olacaq”
  18 Yanvar 2014    Oxunub:645
“Gələcəkdə hər bir şəhərdə “ASAN xidmət” olacaq”.
AzVision.az xəbər verir ki, bu sözləri prezident ilham Əliyev Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının ona təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Prezident vurğulayıb ki, “ASAN xidmət”in yaradılması Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya qarşı aparılan siyasətimiz üçün çox ciddi bir alət, ciddi bir vasitə olub. Və bu il də xidmətin fəaliyyəti genişləndiriləcək:

“Bütün bölgələrdə yeni ofislər açılacaq. Gələcəkdə isə hər bir şəhərdə “ASAN xidmət” olacaq. Bununla bərabər, xidmətin funksiyaları da genişlənəcəkdir. İndi biz fikirləşirik ki, daha hansı xidməti oraya əlavə edək. Yəqin ki, sizin - jurnalistlərin də bu işlərdə köməyi ola bilər. Çünki siz cəmiyyətdə insanları ən çox narahat edən problemləri yaxşı bilirsiniz. Sizin telekanalınız bu barədə mütəmadi qaydada verilişlər hazırlayır. Mən bunu alqışlayıram. Elə etməliyik ki, cəmiyyəti, insanları narahat edən, incidən məsələlər aradan qaldırılsın”.

İlham Əliyev vurğulayıb ki, burada həm inzibati tədbirlər görüləcək, eyni zamanda, sistem xarakterli tədbirlər də gözlənilir.


Teqlər:  





Xəbər lenti