Yol polisi dayanma-durmaya görə cərimə yazacaq

   Yol polisi dayanma-durmaya görə cərimə yazacaq
  11 İyul 2020    Oxunub:4425
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.

Azvision.az xəbər verir ki, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, avtomobillərin dayanma və durma qaydalarını pozmağa görə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinə həvalə olunub.
Qanuna uyğun olaraq evakuasiya xidmətini hər iki qurum həyata keçirəcək. Belə ki, əgər sürücü dayanma-durma qaydalarını pozubsa, tıxac yaranmasına və digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə əngəl yaradıbsa, onun avtomobili cərimə edən qurum tərəfindən evakuasiya olunacaq.

Qeyd edək ki, indiyədək Bakı şəhərində dayanma və ya durma qaydalarını pozan sürücülərə qarşı nəzarət tədbiləri Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində olub.

Azvision.az


Teqlər: DİN   Polis   Sürücü  





Xəbər lenti