Düşmən təxribat törətdi: Hər iki tərəfdən itki var

Düşmən təxribat törətdi:  Hər iki tərəfdən itki var
  12 İyul 2020    Oxunub:24176
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Cəbhə   Tovuz   Müdafiə-Nazirliyi  





Xəbər lenti