Azərbaycanın PUA-sı vurulmayıb - MN təkzib etdi

Azərbaycanın PUA-sı vurulmayıb -  MN təkzib etdi
  13 İyul 2020    Oxunub:7500
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

Azvision.az



Teqlər: MN   PUA  





Xəbər lenti