Tovuzda şəhid olan baş leytenant - FOTO

  13 İyul 2020    Oxunub : 3761
Tovuzda şəhid olan baş leytenant -  FOTO
Tovuz istiqamətində gedən döyüşlərdə iyulun 13-nə keçən gecə Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Azvision.az -ın məlumatına görə, şəhid zabitimiz Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəndir.
Bu gün şəhidlə vida mərasimi keçirildikdən sonra onun cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılacaq.



Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Azvision.az

Teqlər: Şəhid   Zabit