“Şəhidlərimizin qanı yerdə qalmayacaq” - Baş Nazirin müavini

  13 İyul 2020    Oxunub : 3679
 “Şəhidlərimizin qanı yerdə qalmayacaq” -    Baş Nazirin müavini
“Azərbaycan ordusu, cəngavər əsgərlərimiz azğınlaşmış erməni quldurlarının Tovuz istiqamətində təmas xəttində təxribatlarının qarşısını qəhrəmancasına aldılar, düşmənə layiqincə cavab verdilər”.
Azvision.az -ın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, xalq yeni qəhrəmanlarını tanıdı: “Vətən uğrunda həlak olan baş leytenant Rəşad Mahmudovla, çavuş Vüqar Sadıqovla, baş əsgər Elşad Məmmədovla və əsgər Xəyyam Daşdəmirovla qürur duyuruq. Onların qanının yerdə qalmayacağına əminik”.

Azvision.az

Teqlər: Əli-Əhmədov