İlham Əliyev: “Hərbçilərimizin qisası alınıb”

  İlham Əliyev:  “Hərbçilərimizin qisası alınıb”
  13 İyul 2020    Oxunub:7514
Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb və Azərbaycan öz dövlət sərhədini qoruyub:

“Bir santimetr belə Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilməyiblər. Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyatı qurumlarla, Komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib. Sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyti Ermənistanın hərbi, siyasi rəhbərliyi daşıyır”.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti