Prokurorluq şəhid ailələrinə başsağlığı verdi

Prokurorluq şəhid ailələrinə başsağlığı verdi
  13 İyul 2020    Oxunub:3596
Azərbaycan Respublikasının prokurorluq orqanları ötən gün şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır".

Azvision.az


Teqlər: Baş-prokurorluq   Şəhid  





Xəbər lenti