Türkiyədə koronavirusdan daha 19 nəfər öldü

Türkiyədə koronavirusdan daha 19 nəfər öldü
  14 İyul 2020    Oxunub:2248
Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1008 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5382, virusa yoluxanlar isə 214 001 nəfərə çatıb.

Türkiyədə indiyədək 195 min 671 xəstə (son sutkada 1156 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti