Deputatlar sabahdan tətilə çıxır

  14 İyul 2020    Oxunub : 1870
 Deputatlar sabahdan tətilə çıxır
Milli Məclisin deputatları sabahdan tətilə çıxırlar.
Azvision.az xəbər verir ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Qeyd edək ki, sentyabrın 15-dən Milli Məclisin komitələri fəaliyyətə başlayır. Payız sessiyası sentyabrın 30-dan dekabrın 30-dək davam edir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Deputat   Tətil