Erməni mayor və kapitan məhv edildi
Erməni KİV-lərinin yaydığı məlumata görə, Ermənistan ordusunun mayoru Qaruş Vemiri Ambarçumyan və kapitan Sos Paylaki Elbəkyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.
Azərbaycanın Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev isə bu gün jurnalistlərə açıqlamasında bildirib ki, iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib. Onun sözlərinə görə, Ermənistanın yüzə yaxın canlı qüvvəsi və hərbi texnikaları məhv edilib.
Azvision.az
Teqlər: Ermənistan