Ermənilər Tovuzda 10-dan çox evə ziyan vurub - FOTO

 Ermənilər Tovuzda 10-dan çox evə ziyan vurub  -  FOTO
  14 İyul 2020    Oxunub:8907
Ermənistan silahlı bölmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində Dondar Quşçu kəndində 6 evə ziyan dəyib.

Bunu Azvision.az -a açıqlamasında Dondar Quşçu kəndinin icra nümayəndəsi Samir Hüseynov bildirib
Onun sözlərinə görə, bir ev tamamilə dağılıb: “Hazırda kənddə vəziyyət stabildir".

Tovuzun Ağdam kəndinin bələdiyyə sədri Rahilə Əsgərova isə Azvision.az -a deyib ki, düşmən tərəfin açdığı atəş nəticəsində bir neçə evə ziyan dəyib. Hazırda ziyan dəyən evlərin sayı müəyyənləşdirilir.

“Ermənilərin açdıqları atəş nəticəsində mülki vətəndaşımız Əziz Əzizov həlak olub".

Ümumilikdə, iki kənddə 10-dan çox evə ziyan dəydiyi bildirilir.





Aytən Zəhra
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   Tovuz   Təxribat  





Xəbər lenti