Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olundu

 Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olundu
  14 İyul 2020    Oxunub:5133
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Bu barədə Azvision.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

Azvision.az


Teqlər: TƏBİB   KTM  





Xəbər lenti