Şəhid generalın cənazəsi Qəbələyə aparılır - FOTOLAR

Şəhid generalın cənazəsi Qəbələyə aparılır -  FOTOLAR
  14 İyul 2020    Oxunub:7620
Bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun nəşi Qəbələ rayonuna aparılır.
Azvision.az -ın məlumatına görə, yüzlərlə rayon sakini generalın cənazəsini qarşılamaq üçün toplaşıb.

Qeyd edək ki, general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb.

P.Həşimov Aprel döyüşlərində də iştirak edib. O, göstərdiyi şücaətə görə təltif olunmuşdu.









Azvision.az


Teqlər: General   Şəhid  





Xəbər lenti