Deputat generalın şəhid olmasına münasibət bildirdi

  Deputat generalın şəhid olmasına münasibət bildirdi
  14 İyul 2020    Oxunub:3163
"Yüksək rütbəli hərbçilərimizin, eyni zamanda bu gün generalımz Polad Həşimovun vətən uğrunda canlarını fəda etmələri, şəhidlik zirvəsinə yüksəlmələri vətənə olan sevgidən, eləcə də Ordumuzda mübarizə ruhunun yüksək olmasından xəbər verir".
Azvision.az xəbər verir ki, bunu Füzulidən seçilən deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu gün Orduda xidmət etməyə yaşı çatan hər bir Azərbaycan vətəndaşının könüllü olaraq torpaqlarımızın müdafiəsi uğrunda döyüşmək əzmində olduğunu nümayiş etdirməsi vətənpərvərlik, milli birlik hissinin göstəricidir.

"İndi Azərbaycan nizamlı, güclü Orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt əməliyyatları zamanı əldə etdiyimiz uğurlar, eləcə də hazırda Tovuz rayonu istiqamətində davam edən döyüşlər bir daha göstərir ki, Azərbaycan Ordusu hərbi texnikası, peşəkarlığı, mənəvi-psixoloji hazırlığı və mübarizə əzmi ilə əldə etdiyi qələbələri təkrarlamaq gücündədir.

Möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən Azərbaycan Ordusu ilə fəxr edir və inanıram ki, tezlikə Azərbaycan bayrağını işğal altında olan bütün torpaqlarımızda qaldıracağıq".

Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti