“Münaqişənin həllində BMT-nin qətnamələri əsas olmalıdır” - İtaliyanın sabiq XİN rəhbəri
Müəlliflər bildirir ki, döyüşlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin üç onillikdir davam edən münaqişənin sonlandırılması məqsədilə Ermənistanla aparılan danışıqlar prosesinin Ermənistan tərəfinin pis niyyəti və destruktivliyi səbəbindən bloklanması faktını pisləməsindən bir neçə gün sonra başlamışdır. “Ermənistan tərəfi əslində status-kvonun, yəni Dağlıq Qarabağ regionunun Ermənistan silahlı qüvvələrinin nəzarəti altında saxlamağa davam etməsinin, birtərəfli qaydada qorunub-saxlanılmasında maraqlı görünür”, - deyə yazıda vurulanır.
“Biz qəti şəkildə ümid edirik ki, bu ciddi insidentlər dərhal dayandırılacaq və Ermənistan Azərbaycanla danışıqları bərpa edəcəkdir. Beynəlxalq sənədlər və BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri, xüsusilə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin tətbiqini nəzərdə tutan 1993-cü il tarixli qətnamələr əsas təşkil etməlidir”, - deyə müəlliflər bildirirlər.
Yazıda habelə, silahlı qarşıdurmaların baş verdiyi Tovuz rayonu ərazisindən İtaliyaya da neft nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Cənub Qaz Dəhlizinin başlanğıcını təşkil etməsi baxımından maraq doğuran Cənubi Qafqaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçdiyi xüsusilə vurğulanır.
Azvision.az