Vaqif Dərgahlı: Bölmələrimiz “Qrad”dan istifadə etməyib

  15 İyul 2020    Oxunub : 3422
     Vaqif Dərgahlı:    Bölmələrimiz “Qrad”dan istifadə etməyib
"Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır".
Azvision.az xəbər verir ki, bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib:

"Bildiririk ki, bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib. Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin".

Azvision.az

Teqlər: VaqifDərgahlı