Prezident şəhid zabitlərin ailə üzvlərinə başsağlığı verdi

Prezident şəhid zabitlərin ailə üzvlərinə başsağlığı verdi
  15 İyul 2020    Oxunub:6307
Xəbər verdiyimiz kimi, iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.
Azvision.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Müdafiə Nazirliyinin rəhbərliyi isə şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.







Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti