Kolumbiya Senatı Azərbaycana dəstək verdi

Kolumbiya Senatı Azərbaycana dəstək verdi
  16 İyul 2020    Oxunub:2871
Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pisləyib və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
Azvision.az xəbər verir ki, Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib.

Senatın Xarici Əlaqələr Komissiyası bəyanatında Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumları pisləyib, həmçinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr (822, 853, 874, 884), Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsinə çağırır. Sənəddə Kolumbiya tərəfinin Azərbaycana dost ölkə olduğu bildirilir və hücumlar nəticəsində həlak olmuş Azərbaycan vətəndaşları ilə bağlı Azərbaycan Respublikası Hökuməti və xalqına dərin hüznlə başsağlığı verilib.



Azvision.az


Teqlər: Senat  





Xəbər lenti