701 nəfər daimi yaşamaq üçün Azərbaycana gəldi

 701 nəfər daimi yaşamaq üçün Azərbaycana gəldi
  16 İyul 2020    Oxunub:2794
Bu ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 701 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 349 nəfər gedən qeydə alınıb.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə miqrasiya saldosu müsbət 352 nəfər təşkil edib.

Azvision.az


Teqlər: Miqrasiya  





Xəbər lenti