Azərbaycanda yenə qadınların sayı kişilərdən çoxdur

 Azərbaycanda yenə qadınların sayı kişilərdən çoxdur
  16 İyul 2020    Oxunub:2839
Ölkə əhalisinin sayı ilin əvvəlindən 22745 nəfər və ya 0,2 faiz artaraq 2020-ci il iyun ayının 1-i vəziyyətinə 10089853 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin beş ayında ölkə üzrə 24813 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0 təşkil edib.

Azvision.az



Teqlər: Əhali  





Xəbər lenti