Ermənilər kəndə mərmilər atdı, evlərə ciddi ziyan dəydi

  16 İyul 2020    Oxunub : 4181
Ermənilər kəndə mərmilər atdı, evlərə ciddi ziyan dəydi
Ermənistan silahlı qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur.

Azvision.az

Teqlər: Tovuz   Döyüş