Türkiyə XİN: Ermənistan hakimiyyəti ağlını başına yığmalıdır

      Türkiyə XİN:    Ermənistan hakimiyyəti ağlını başına yığmalıdır
  16 İyul 2020    Oxunub:3442
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistan-Azərbaycan sərhədində yaranan gərginliyə və Ermənistanın Türkiyə ilə bağlı açıqlamasına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, nazirlik bəyan edib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı qaralama siyasəti yürütməyə başlayıb.

"Azərbaycan ərazisində qeyri-qanuni işğal həyata keçirən Ermənistanın bu ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl olanın kim olduğunu açıq və aydın şəkildə ortaya qoyur.

Bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verməyəcək. Ermənistan hakimiyyəti ağlını başına yığmalı və mümkün qədər tez Cənubi Qafqazdakı problemlərin deyil, həll yollarının bir hissəsi olmağı öyrənməlidir", - deyə Türkiyə XİN Ermənistana sərt cavab verib.

Azvision.az


Teqlər: Türkiyə   XİN   Ermənistan  





Xəbər lenti